• null

    SCORRENDO EVENTS

Haqqımızda

“Scorrendo Events” və onun nəzdində olan “Scorrendo” Orkestri 2023-cü ildə yaradılmışdır.

“Scorrendo Events” şirkətinin yaradılmasında əsas məqsəd Azərbaycan və ölkəmizin qonaqları üçün təşkil olunan tədbirlərdə, ilk növbədə xalqımızın musiqi mədəniyyətini təbliğ etmək, bununla yanaşı dünya musiqi mədəniyyətinə aid olan əsərlərin təqdim olunmasından ibarətdir.
Bu səbəbdən görülən bütün işlər bir neçə önəmli amillərə bölünür. Bunlardan: orijinal not materialları (musiqi mətni), ifa olunan əsərlərin müəllif hüquqları xüsusi qeyd olunmalıdır.

Bununla yanaşı “Scorrendo Events” sizlərə yüksək peşəkarlığa malik olan musiqiçilərdən ibarət böyük simfonik orkestr (90+ peşəkar musiqiçi), kamera orkestri və fərqli heyyətlərdən ibarət olan kiçik musiqi kollektivləri təqdim edir.

“Scorrendo Events”-la reallaşan bütün layihələr keyfiyyət və yüksək peşəkarlığın zəminidir.

BƏDİİ RƏHBƏR

Mustafa Mehmandarov 1992-ci ildə Bakı şəhərində anadan olub. 2009-2013 illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka aləti üzrə təhsil almışdır. Mehmandarov, skripkaçı kimi Bolqarıstan, Lüksemburq, İtaliya və Avstriyada keçirilən Beynəlxalq Müsabiqələrin laureatıdır.

Dirijorluq üzrə ilk dərslərini, tanınmış dirijor, xalq artisti, professor Rauf Abdullayevdən almışdır. 2013-2018 illərdə, Mehmandarov Vyana Konservatoriyasında, professor Maksimilian Çençiçin sinfində, “Opera-Simfonik Dirijorluğu” fakültəsində təhsil almışdır.

Mustafa Mehmandarov “Xəzər Virtuozları” Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorudur. ABŞ, Birləşmiş Krallıq, Avstriya Almaniya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Serbiya və s. kimi ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.

Mehmandarovun repertuarına Avropa, Rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.